Bu gün bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb. SİA-nın verdiyi xəbərə görə, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmağa başlayıb. B.Əsgərov bildirib ki, 75 saylı Lənkəran-Masallı Türkoba bələdiyyəsinə seçki zamanı nazmizədlər Nofəl Cəfərov və Ələkbər Şükürov seçki zamanı 29 və 30 saylı seçki məntəqələrində Türkoba ərazi icra nümayəndəsinin müavini Əfqan İbrahimov və Leyla Əziziova topa bülletenlər atılması barədə şikayət daxil olub.
Müraciətdə bildirilib ki, icra nümayəndəsi və müavini namizədlərə hara istəyirlər, şikayət etmələrinin və bunun mənasız olacağını söyləyiblər. MSK sədri bildirib ki, seçkilərlə bağlı müraciətlər dairə seçki komissiyalarına (DSK) ünvanlanmalıdır: "DSK-da müraciət barədə qərar qəbul etdikdən sonra MSK-ya müraciət edə bilərlər. Əgər namizədlər DSK-nın qərarından narazı qalsalar MSK-ya müraciət etsinlər".
MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər ciddi araşdırılacaq: "Heç kimin seçicinin hüquqlarını pozmağa haqqı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB