Milli Məclisin deputatı AŞ PA-nın Mədəniyyət, elm və təhsil üzrə komitəsinin iclasında iştirak edəcək
Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil üzrə komitəsinin martın 18-də keçiriləcək iclasında iştirak etmək üçün Parisdə səfərdə olacaq. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasda mədəniyyətlərarası dialoqda dini meyar, elektron mediada şəxsi informasiyaların qorunması və idarə olunması, AŞ PA-da islahatların aparılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Deputatımız məsələlər barədə toplantı iştirakçıları ilə fikirlərini bölüşəcək. Səfər martın 22-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB