Hayastan Ümumerməni Fondunda kütləvi qanun pozuntuları aşkar edilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Dövlət Audit İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 2018-2019-cu illərdə Ermənistanın Hesablama Palatası, Erməni Soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində xərclərlə əlaqədar Hayastan Ümumerməni Fondunda yoxlamalar keçirib. Ermənistan Dövlət Audit İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı 89.942 milyon dram (190 min dollar) həcmində pozuntular aşkar edilib.
Qanun pozuntuları müqavilələrdə nəzərdə tutulan konsertlərin təşkil edilməməsi, film və digərlərinin edilməməsi ilə əlaqədardır.
Xatırladaq ki, Hayastan Ümumerməni Fondu, prezidentin fərmanına əsasən, 1992-ci ildə təsis edilib. Dünyanın hər yerindən olan ermənilər, gənc Ermənistan Respublikasının davamlı inkişafı üçün səylərini göstərməyə hazır olan həmfikir insanları birləşdirmək üçün yaradılan təşkilatdır.
Bəlli olur ki, Ümumerməni Fondu da saxtakarlıq nümunəsidir və belə görünür, Ermənistanda saxtakarlıqla məşğul olmayan bir qurum, bir təşkilat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB