"Qarabağ nizamlanması ilə bağlı danışıqlar prosesində ermənilər üçün çox əlverişli gündəm itirilib". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bu gün Voskanapat analitik mərkəzində müzakirə zamanı deyib.
O, qeyd edib ki, Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində Ermənistan tərəfi çox əlverişli gündəm Ermənistan hakimiyyətinin səyləri sayəsində itirilib.
"Nəticədə, bu gün Dağlıq Qarabağdakı azərbaycanlı icması faktiki olaraq legitimliyini aldığı bir vəziyyət var. Bunu ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin müxtəlif rəsmiləri sübut edir. Bu ermənilər üçün son dərəcə təhlükəli məsələdir”, deyə David Şahnazaryan bildirib.
Onun sözlərinə görə, indi Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən zərərçəkmiş kimi qəbul edilir və Azərbaycan daha bir hərbi hücuma haqq qazandıra biləcək dəlillər əldə edib.
“Danışıqlar masasında sözdə mərhələli həll variantı dayanır. Bunu ABŞ, Rusiya bəyan edir. Bu nə deməkdir? Bu, status məsələsinin kənara qoyulması deməkdir. Danışıqlar masasında bölgələrin təslim olmasına dair bir sənəd var. Bu, tamamilə absurddur. Təsəvvür edə bilərsiniz ki, Dağlıq Qarabağda nə olacaq? Belə meyllər yaranarsa, Dağlıq Qarabağ əhalisi indiyə qədər olduğu kimi öz torpaqlarında möhkəm dayana biləcəkmi?”, deyə David Şahnazaryan qorxu və həyəcanını, eyni zamanda Ermənistanın məğlubiyyət astanasında olduğunu ifadə və etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB