“"Lavrov planı" yoxdur və ümumiyyətlə mövcud deyil.” SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu fikri Ermənistanın ilk ombudsmanı, “Qanuni özbaşınalığa qarşı” təşkilatının icraçı direktoru Larisa Alaverdyan dekabrın 23-də keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Madrid prinsipləri danışıqlar masasındadır.
“Bunlar Ermənistanın ilk prezidenti və daha sonra elitanın qoyduğu prinsiplərə əsaslanır. Danışıqlar masasında heç bir şey olmadığı barədə açıqlamalar həmsədrlərin bəyanatlarına ziddir", deyə Ermənistanın ilk ombudsmanı fikrini bildirib.
Onun Lavrov planının olmamasını sübut etmək cəhdləri əslində, təsdiq edir ki, Ermənistan tərəfi hadisələrin eskalasiyasından qorxmağa başlayıb və Rusiyanın mövqelərindən çox ehtiyat edir. Çünki, təkcə Larisa Alaverdiyan deyil, sıravi emənilər də Lavrovun Rusiya tərəfinin mövqelərini bildirdiyinə son dərəcə əmindirlər və Lavrovun mövqelərindən çox yaxşı başa düşürlər ki, Rusiya tərəfi Azərbaycana meyillidir və bu da işğalçı dövlətin sonu deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB