İranda etirazlarda 1500 nəfər ölüb

İranda etirazlarda 1500 nəfər ölüb

Noyabrın 15-dən İranda başlayan iki həftəlik iğtişaşlarda 1500 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın rəsmi dairələri məlumat açıqlayıb.

Ötən ay İran daxilində başlayan etiraz aksiyalarından bir neçə gün sonra ölkənin ali lideri Ayətullah Əli Xomeyni təhlükəsizlik qüvvələrinə etirazların dayandırılması ilə bağlı tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.

İğtişaş qurbanları arasında, İran Daxili İşlər Nazirliyinin üç əməkdaşı, ən azı 17 yeniyetmə və 400-ə yaxın qadın, habelə təhlükəsizlik qüvvələrinin və polisin bəzi üzvləri var.

Xatırladaq ki, İranda etirazlar benzinin qiymətinin gözlənilməz artmasından sonra başlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə