Zaqatala və Balakəndə Novruz şənlikləri keçirilir

Zaqatala və Balakəndə Novruz şənlikləri keçirilir

Zaqatala və Balakəndə Novruz Bayramı ilə bağlı şənliklər keçirilir. SİA-nın Şimal-qərb bürosunun verdiyi məlumata görə, bir neçə gündür ki, Novruz bayramı ilə əlaqədər silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri axırıncı çərşənbə günü Katex qəsəbəsindəki Balakənin giriş qapısında və Zaqatala şəhərində təşkil olunub. Hər iki tədbirdə ocaqlar qalanıb, rayon sakinləri musiqi sədaları altında bayram keçiriblər.

Bu gün də Zaqatala rayon mədəniyyət evində yerli musiqiçilərin və aktyorların iştirakı ilə konsert proqramı təşkil olunub. 17-də başlayacaq ümumrayon tədbirində rayon rəhbərliyi ilə yanaşı ictimaiyyət nümayəndələri, idarə-müəssisə rəhbərləri də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə