Politoloq: “Azərbaycan tələbələrinin böyük bir hissəsi aksiyalarda iştirak etməyin əleyhinədir” - MÜNASİBƏT
Azərbaycanda müxtəlif aksiyalar keçirməyə çalışan insanlar "ilhamlarını" yaxın Şərqdə gedən proseslərdən alırlar. Bu barədə SİA-ya verdiyi açıqlamasında son zamanlar aksiyalara gənclərin və tələbələrin xüsusilə cəlb olunması məsələsinə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Yaxın Şərqdəki proseslər insanların iradəsi, arzusu ilə baş verən məsələlər deyil. Burada maraqlı dövlətlərin bir başqa istəklərinin, məqsədlərinin olduğunu deyən politoloq vurğulayıb ki, sonda qazananlar da konkret məlum dövlətlər, ölənlər isə sadə vətəndaşlar və xalq olur. E.Mirbəşiroğlunun sözlərinə görə, Amerikada, Avropada olan münasibətlər də göstərir ki, bu, konkret məqsədlər üçün həyata keçirilən hallardır.
"Azərbaycanda gedən inkişafdan təşvişə düşən, mövcud hərtərəfli sabitliyə qarşı problemlər yaratmağa çalışan qüvvələr təəssüf ki, özlərinin bu neqativ hərəkətlərində tələbə kontingentindən istifadə etməyə çalışırlar. Müəllim olaraq bunun hər zaman yolverməz olduğunu bildirmişəm. Tələbələrin böyük bir hissəsi belə bir aksiyalarda iştirak etməyin əleyhinədir. Bu gün Azərbaycandakı mövcud stabillik onların planlarının uğurla həyata keçməsinə əngəl yaradır. Bu baxımdan hesab edirəm ki, indiki status-kvo-nu heç bir kəsin dəyişməsinə ehtiyac yoxdur. İslahatlara zaman-zaman ehtiyac duyulur. Cənab prezident hər bir zaman, zamanın nəbzinə uyğun olaraq xəyalları gerçəkləşdirir. Hansısa bir aksiya vasitəsi ilə Azərbaycan cəmiyyətində hansısa dəyişikliyə nail olmaq olmaz, aksiyaların keçirilməsi yolverilməzdir. Bu proseslər kəskin tənqidə layiq haldır", - deyə o əlavə edib.
Daha sonra politoloq tələbələrin aksiyalar keçirməsində rüşvətxorluğun, neqativ halların səbəb kimi gətirilməsinə də münasibət bildirib: "Bir müəllim olaraq nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, eyni zamanda Azərbaycanın ən böyük ali məktəbi olan Bakı Dövlət Universitetində müəllim kimi çalışıram. Sizi əmin edirəm ki, hər 2 ali məktəbdə hər bir tələbə obyektiv şəkildə qiymətləndirilir. Heç bir tələbə deyə bilməz ki, mən oxumuşam, amma müəllim qiymət yazmayıb. Bəzən elə hallar olur ki, tələbələrin özləri başqa yollarla qiymət almaq üçün müxtəlif cəhdlər edirlər. Ancaq bu tələbələr məsələni fərqləndirə bilər. Tələbələri aksiyalara sövq edənlərin özləri də onların bu arqumetlərlə çıxış etməsini məsləhət görürlər. Deyilənlərin hər biri tamamilə əsassızdır və Azərbaycan tələbəsinin inkişafı, normal yaşayış üçün hər bir şərait mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB