Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradovanın ona və həyat yoldaşına ünvanlanmış müraciətinə cavab verib. SİA-nın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, Sarkisyan yazılı açıqlamasında: "Mən sizin müraciətinizə bir erməni və insan kimi reaksiya verməyi qərara aldım. Əminəm ki, əgər siz bizim xalqla yaxından tanış olan azərbaycanlılarla söhbət etsəniz, onlar səmimi olaraq mütləq sizə ermənilərin əslində necə olduqlarını deyəcəklər".
O, iki xalqın birlikdə həll etməli olduğu problemin olduğunu və hazırki problemi gələcək nəsillərə miras qoymamaq üçün bu münaqişəni həll etmənin vacibliyini vurğulayıb: "Bunun üçün ilk növbədə insanları ölümə itələyən ictimai mühiti dəyişdirmək imkanına malik olmalı, bu havanı qidalandıran mexanizmlərdən imtina etməli, zorakılığı yaradan, gənc insanların ölümünə səbəb olan mühiti kökündən dəyişdirmək imkanına malik olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB