Parlament seçkilərində iştirak etmək istəyənlərin sayı - 802 nəfər - İCLAS

Parlament seçkilərində iştirak etmək istəyənlərin sayı - 802 nəfər - İCLAS

Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 namizəd müraciət edib. SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb. Dörd nəfər təşəbbüs qrupları tərəfindən, 675 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb. Fərdi qaydada namizədliklərini irəli sürənlərdən 291 nəfərinin 16 siyasi partiyaya mənsubiyyəti var.

MSK sədri qeyd edib ki, həmin müraciət edən şəxslərinin 447 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 339 nəfəri isə imza vərəqələrin artıq götürüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə