"Azərbaycanla Ukrayna arasında siyasi dialoqda heç bir problem yoxdur" -ÖZƏL AÇIQLAMA
“Azərbaycan Ukrayna münasibətləri dostluq münasibətləridir və Ukrayna prezidenti Zelenskinin Bakıya səfəri Azərbaycan prezidenti cənab İlaham Əliyev ilə təkbətək və geniş tərkibdə keçirdiyi görüşlər, eyni zamanda mətbuat üçün keçirdiyi brifinq, habelə Ukrayna-Azərbaycan biznes forumunda olan iştirakı və səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir ki, bir çox fundamental məsələlərdə Azərbaycan və Ukrayna oxşardır və eyni mövqedən çıxış edir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi, Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, xüsusilə də iki dövlət arasında siyasi dialoqun inkişafı məsələsində heç bir problem yoxdur: “Əlaqələrimizin bu sahədə geniş perspektivi var. Ukrayna prezidenti Vladimir Zelenski bu vəzifəyə seçildikdən sonra, ilk səfərlərindən birinin də məhz Azərbaycan olması özü-özlüyündə bir mühim göstəricidir. Eyni zamanda iki dövlət arasında həm enerji təhlükəsizliyi, həm də qeyri-neft sektorunda əlaqələrin bundan sonrakı inkişafı ilə əlaqədar yaxşı imkanlar olduğunu düşünürəm”.
E.Nəsirov qeyd edib ki, keçirilən biznes forumlarda bu məsələlər diqqətdən keçirilib və qərara gəlinib ki, Azərbaycan nazir heyyəti də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı Ukraynaya səfəri olsun. Azərbaycan və Ukrayna biznes dairələrin birgə təması, birgə formu, burada aparılan müzakirələr onu göstərdi ki, iki dövlət arasında biznesin, iqtisadi əlaqələrin inkişafı baxımından yaxşı imkanlar var və bu imkanlardan maksimum faydalanmaq lazımdır. İki ölkə arasında ticarət dövriyyəsini genişləndirmək lazımdır. Xüsusilə turizm, kənd təsərrüfatı sahəsində əlaqələrimizin inkişafı ilə bağlı məsələlərə yenidən baxılması xüsusi əhəmiyyət kəsb edir”.
Politoloq vurğulayıb ki, təbii ki, biz fundamental məsələlərdə orta mövqedən çıxış edirik: “İlk növbədə beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik kimi çox mühim prinsiplərə hər iki dövlətin sadiqliyini qeyd etmək istəyərdim. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və eyni zamanda Ukrayna Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu hər iki dövlətin prinsipial mövqeyidir və bu mövqe heç bir üçüncü tərəfə qarşı deyil. Bu sadəcə beynəlxalq hüququn subyekti olaraq, beynəlxalq hüquqa hörmətlə yanaşmadan irəli gəlir. Bu da iki dövlətin yaxınlaşmasında, münasibətlərin inkişafında mühim bir göstərcidir. Eyni zamanda bu səfər Ukrayna mətbuatında çox geniş yer ayrılıb. Ukrayna mətbuatı Azərbaycandakı bu inkişafı, dinamikanı Azərbaycandakı sabitlik mühitini, əhalinin rifahının yüksəlişi ilə bağlı, xüsusilə cənab İlham Əliyevin dərinləşən islahatlar kursu ilə əlaqədar xeyli materiallar dərc ediblər. Bu da onu göstərir ki Azərbaycana diqqət böyükdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB