Parlament seçkilərində iştirak edəcək müxalif partiyaların sayı 10-a çatdı ÖZƏL

Parlament seçkilərində iştirak edəcək müxalif partiyaların sayı 10-a çatdı ÖZƏL

Azərbaycanda bəzi dairələrində guya müxalifətin 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyi barədə əsassız iddialar səsləndirilir. SİA-nın əməkdaşı bu barədə kiçik araşdırma aparıb və məlum olub ki, əslində bəzi partiyaların “seçkiləri boykot edirik” deyərək hay-küy salmalarının əsasında onların mövsümi "xəstəliklərinin" baş qaldırması dayanır. Əslində, radikal müxalifətin seçkiləri boykot etmək imkanları belə yoxdur. Çünki onlar elə böyük bir elektorata malik deyillər ki, boykot qərarları ilə seçkinin nəticələrinə təsir edə bilsinlər.

Mərkəzi Seçki Komissiyasına daxil olan sənədlərdən də bəlli olur ki, indiyədək 11 siyasi partiyanın 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətlərə baxılıb. Komissiya sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib. Həmin partiyalar aşağıdakılardır:

Azərbaycan Ümid Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Böyük Quruluş Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Demokrat Partiyası

Böyük Azərbaycan Partiyası

Vahid Azərbaycan

Ana Vətən partiyası.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə