"Ukrayna Prezidentinin səfəri münasibətlərin inkişafına təkan olacaq” ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, dünya dövlətləri ilə iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin qurulmasında və inkişafında maraqlı olub”. Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Azərbaycanla dostluq, strateji tərəfdaşlıq münasibətlərinə malik olan Ukrayna ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir: "Ukrayna ilə Azərbaycan beynəlxalq təşkilatlarda daim bir-birini müdafiə edir, ərazi bütövlüyünü dəstəkləyirlər. Ölkələrimiz arasında ticari, iqtisadi, siyasi əlaqələr mövcuddur. Ona görə də Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfərini təsadüfi saymıram. O, dövlət başçısı seçildikdən sonra çox az ölkəyə səfər edib ki, onlardan da biri Azərbaycan oldu. Bu onu göstərir ki, Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyədədir, rəsmi Kiyev bu münasibətlərin qorunub saxlanmasında, inkişaf etdirilməsində maraqlıdır. Xüsusilə vurğulanmalıdır ki, xalqlarımız arasında münasibətlərin dərin tarixi kökləri var. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Ukrayna prezidentinin Bakı səfəri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına təkan olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB