SAMF ən operativ mətbuat xidmətini müəyyən edib

SAMF ən operativ mətbuat xidmətini müəyyən edib

Söz Azadlığını Müdafiə Fondu (SAMF) "Ən operativ mətbuat xidmətlərinin müəyyən olunmasi"nı aydınlaşdıran ənənəvi rəy sorğusuna yekun vurub.

 

SAMF-dan SİA-ya verilən məlumata görə, tədbir qurumun  25 noyabr 2009-cu il tarixində ilkin mərhələ kimi başladığı "KİV və mətbuat xidmətləri: mövcud vəziyyət və strateji inkişaf istiqamətləri" mövzusunda reallaşdırdığı Dəyirmi masanın müzakirələrinin davamı olaraq həyata keçirilib.

 

İkinci dəfə sorğunun keçirilməsində məqsəd SAMF-ın bu istiqamətdə başladığı tədbirlərin davamı olaraq - öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən mətbuat xidmətlərini media təmsilçilərinin rəyi əsasında müəyyən etmək, onların adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar və məsuliyyətli yanaşmalarına,  eləcə də  jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır. KİV-lərdə çalışan 500 media təmsilçisi arasında aparılan rəy sorğusu fondun könüllüləri tərəfindən həyata keçirilib.

 

SAMF-ın tərtib edtiyi bir sıra mövzuladakı sualına cavablar ayrı-ayrı mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı konkret dəyərləndirmələr tələb edib. Burada ilk üçlüyə 12,6 %-lə XİN, 6,2 %-lə ARDNŞ, 5,8 %-lə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətləri layiq görülüblər.

 

Sonrakı yerlərsə aşağıdakı şəkildə bölüşdürülüb: DSMF 4,1 %, FHN 3,9 %, TQDK 3,7 %, DİN 2,9 %, Respublika Prokurorluğu 2,6 %, MTN 2,6 %, Milli Məclis 2,3 %, Diaspora üzrə DK  2,3 %, ETSN 2,2 %, Təhsil Nazirliyi 2,0 %, İİN 2,0%, Maliyyə Nazirliyi 2,0 %, Vergilər Nazirliyi 1,9 %, ƏƏSMH 1,8 %, Müdafiə Nazirliyi 1,8 %, MSK 1,6 %, Mədəniyyət və Turizm Nazirliyi 1,2 %, Prezident Adminstrasiyası 1,2 %, DQİDK 1,1 %, GİN 1,0 %, Səhiyyə Nazirliyi 1,0 %, SPMDA 1,0 % və Konstitusiya Məhkəməsi 1,0 %. Pespondentlərin 7,0 %-i "heç biri", 10,2 %-i "bilmirəm, deyə bilmərəm, çətinlik çəkirəm" cavablarını verib. Qeyd edək ki, respondentlərin 11,1 % digər strukturların adlarını qeyd ediblər.

 

Respondentlərə ünvanlanan suallardan biri "İnformasiya alınması prosesində mövcud hüquqi normativ aktları təkmil hesab edirsinizmi" olub. Onların 32,8 %-i bu suala "bəli", 44,5 %-i "qismən", 19,0 %-i "xeyr", 3,7 %-i "deyə bilmərəm" cavabını verib.

 

Mətbuat xidmətlərinin fəaliyyətinə mane olan səbəbləri şərtləndirən "Fikrinizcə, hansı amillər mətbuat xidmətlərinin aktiv fəaliyyət göstərməsinə mane olur" sualını cavablandırarkən bu səbəbi media mənsublarının 36,1 %-i onların "təmsil etdikləri təşkilatların rəhbərləri"ndə, 34,4 %-i "xidmət rəhbəri vəzifələrinə qeyri-peşəkarların təyinatı"nda, 10,0 %-i "jurnalistlərin qeyri-peşəkarlığında", 17,5 %-i "bu səbəblərdən heç biri"ndə, 1,9 %-i "başqa səbəblər"də axtarıblar.

 

"Konkret olaraq 2010-cu ildə hansı dövlət orqanlarının mətbuat xidmətinin fəaliyyətini qənaətbəxş hesab etdiniz" sualının cavabında isə birinci üçlüyü 15,1 %-lə XİN, 9,3 %-lə ARDNŞ, 8,2 %-lə TQDK qazana bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə