Müstəntiq Mariana Zoloyan, Gürcüstanda yetkinlik yaşına çatmayan şəxsin ölümünə görə həbs edilib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumatda deyilir ki, Tiflisdə etirazlar 15 yaşlı Luka Siradzenin ölümündən sonra baş verir. O, 12 dekabr tarixində binanın 9-cu mərtəbəsindən atılıb.
Gürcüstan mediasının verdiyi məlumata görə, o, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Bundan əvvəl o, iki dəfə polisə müraciət etmiş, burada xuliqanlıq ittihamı ilə dindirilmişdi. Polisdən verilən məlumata görə, gecə o özünün bir vaxtlar oxuduğu məktəbə daxil olub və divarlara qeydlər yazıb.
Müstəntiq Mariana Zoloyan yetkinlik yaşına çatmayan şəxsə təzyiq etməkdə şübhəli bilinərək tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB