“Bığı mübarək olmamış Cəmil yeni iddialarla çıxış edir” RƏY-ÖZƏL

“Bığı mübarək olmamış Cəmil yeni iddialarla çıxış edir” RƏY-ÖZƏL

"“Milli Şura” və AXCP də təmsil olunan şəxslər xarici dövlətlərin Azərbaycanda yerləşdirdikləri agentura şəbəkəsinin əməkdaşlarıdır". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, biz çox yaxşı bilirik ki, xaricidə olan bəzi qüvvələr Azərbaycan dövlətinin inkişafına, uğurlarına kölgə salmaq istəyirlər: "Yəni xaricidə olan məkrli qüvvələr ölkəmizdə xoşagəlməz bir vəziyyət yaratmaq üçün daxildə olan müxalif şəxslərdən istifadə etməyə çalışırlar. Ona görə də, bığı mübarək olmamış Həsənov Cəmil gedib, ABŞ-da özünə bığ qoyub, Azərbaycana gəldikdən sonra yeni iddialarla çıxış etdi. Səbəbdə onlara verilən göstərişlə bağlıdır. Bu şəxslər orda özlərinə çox böyük maliyyə dəstəyi əldə ediblər. Yəni Həsənov Cəmilin orda oturması, Kərimov Əlinin burda bu cür sərsəm çıxılar etməsi xarici təsirlə bağlıdır. Bu bığı mübarək olmamış, ermənilərin qayınatası Həsənov Cəmil Amerikanın nüfuzlu təşkilatlarına yığıb birgə iclas keçirirlərsə, deməli satqındır, Azərbaycana qarşı xəyanət mövqeyi sərgiləyir. Eyni zamanda da, Kərimov Əlinin burda başı yarılmamış halda yalandan özünün başını “sukoçlayır” və millətə özünü miskin durumda göstərməyə çalışır. Bir sözlə, adları çəkili bu şəxslərin işi ancaq, ağa qara demək, yalandan şaiyələr yaymaq və ölkədə nə isə bir xoşagəlməz bir vəziyyət yaratmaqdan ibarətdir. Bütün bunları edənlər də Kərimov Əli ilə o ermənilərin qayınatası Həsənli Cəmildir. Həsənli Cəmil qalın bığ qoyanda biz düşünməli idi ki bu satılıb və bu satqından hər cür yaramazlıq gözləmək olar".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə