“Azərbaycan Ermənistanı qorxutmaq üçün Lavrov Planından istifadə edir.” SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə bazar ertəsi siyasi ekspert Armine Adibekyan keçirdiyi mətbuat konfransında deyib.
Adibekyanın sözlərinə görə, bu kontekstdə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Bakı və İrəvanda şifahi olaraq söylədiklərinin əhəmiyyəti yoxdur.
“Mən Lavrovun Planını görməmişəm və haqqında bilmədiyim bir şeyi müzakirə edə bilmirəm. Bakı bu mövzudan sui-istifadə edir və mənim fikrimcə, Azərbaycan tərəfi bu mövzuya "toz atır". Bunlardan erməni tərəfini qorxutmaq üçün istifadə edilir. Rusiya Azərbaycanın tərəfdaşıdır, maraqların müdafiəçisidir və anti-erməni planları hazırlayır", deyə ekspert qeyd edib.
Adibekyan onu da qeyd edib ki, yalnız sənədin rəsmi dərcindən sonra həqiqətən anti-erməni məsələlərin olub olmadığını görmək mümkün olacaq və yalnız bundan sonra Lavrov, Putin və başqalarının planlarını müzakirə etmək olar.
Göründüyü kimi, artıq Rusiya tərəfinin Azərbaycanla olan tərəfdaşlıq mövqeyi ermənilərdə qıcıq doğurub və Dağlıq Qarabağ məsələsinin nizamlanması istiqamətində Azərbaycanın uğurlarını Ermənistan tərəfi həzm edə bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB