Paşinyan repressiyalardan əl çəkmək niyyətində deyil

Paşinyan repressiyalardan əl çəkmək niyyətində deyil

Serj Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərardan məhkəməyə şikayət veriləcək. SİA Ermənistana məxsus lragir.am saytındayayımlanan məlumata istinadən xəbər verir ki, bunu vəkil Amram Makinyan söyləyib.

Onun sözlərinə görə, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın funksional toxunulmazlıq zəminində cinayət təqibinə xitam verilməsi məsələsi məhkəmədə qaldırılacaq.

Vəkil A. Makinyan Serj Sarkisyanın funksional toxunulmazlığının aradan qaldırılmadığını bildirib. O, qeyd edib ki, Respublika Prezidenti, səlahiyyət müddətinin sonunda və səlahiyyət müddəti btdikdən sonra statusundan irəli gələn hərəkətlərə görə cavabdeh ola bilməz.

Vəkil prokurorluğa S.Sarkisyanın təqiblərinə son qoyulmasını tələb edərək şikayət edib, amma prokurorluq bu şikayəti rədd cavabı verib.

A.Makinin bu gün Faktinfo-ya açıqlamasında prokurorluqdan əsassız adlandırdığı bir qərar aldığını söyləyib. O, xatırladıb ki, prokurorluq Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin 4 sentyabr tarixli qərarına məhəl qoymayıb, mövcud hüquq normalarını pozub. Həmçinin bildirib ki, yaxın günlərdə şübhəsiz ki, məhkəmə iddiası qaldırılacaq.

Görünür, Paşinyan hakimiyyəti qanunlara məhəl qoymadan əvvəlki hakimiyyətə repressiyalar niyyətindən əl çəkməyib. Əks halda, ikinci prezident Koçaryanın həbsi müzakirə mövzusu olduğu bir məqamda üstəlik Sarkisyanın da həbsi barədə qanunsuz hərəkətlərə rəvac verilməzdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə