Ermənistanda Ayrapetyanın evində aparılan axtarışlardan sonra cinayət işi açılıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Naira Arutyunyan deyib.
Komitənin mətbuat xidmətinin rəhbəri Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Hayrapetyanla bağlı cinayət işi açıldığını söyləyib.
Onun sözlərinə görə, Ermənistanın Polis Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (6-cı şöbə) Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, "ağır nəticələrə səbəb olan vəzifəli səhlənkarlıq", "xüsusilə külli miqdarda mənimsəmə", "qrupların sənədləri saxtalaşdırması" ilə bağlı cinayət işi açıb.
Naira Arutyunyan 2012-2018-ci illərdə bir neçə şəhərdə futbol stadionlarının və idman məktəblərinin inşası və təmiri barədə qeyd edib və bildirib ki, tikinti prosesində saxta aktlar təqdim edilib, bu da xüsusilə böyük miqdarda vəsaitin mənimsənilməsinə səbəb olub.
Xatırladaq ki, Ayrapetyan 2002-ci ildən 2018-ci ilə qədər Ermənistan Futbol Federasiyasına rəhbərlik edib və o vaxtkı hakim Respublika Partiyasının, həmçinin parlamentin üzvü olub.
Göründüyü kimi, saxtakarlıqla, sui istifadə halları ilə bağlı bir-birinin ardınca cinayət işləri açılır və bu isə ondan xəbər verir ki, mənimsəmə faktları Ermənistanda adi hala çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB