Ermənistanda növbəti yanğın hadisəsi

Ermənistanın Qeqovit kəndində yanğın baş verib, yanğından zərəçəkən var. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, dekabrın 15-də, saat 23: 23-də, Qeğarkunik rayonunun Qeqovit kəndində bir evin yanması barədə 911 zəng daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə dəstəsindən yanğınsöndürmə briqadası yollanıb. Qegovit kəndində 12-ci küçədəki evdə yanğın baş verdiyi məlum oldu.

Yanğının söndürülməsinə saat 23: 35-də başlanılıb və 23: 55-də söndürülüb.

Mətbəxin təxminən 9 kvadrat metrlik asma tavanı, təxminən 3 kvadrat metrlik laminat döşəmə, divan, həmçinin giriş və mətbəx qapıları yanıb.

Xilasedicilər gəlməmişdən qabaq, 1958-ci il təvəllüdlü bir şəhər sakini Astgik S. müxtəlif yanıqlarla Martuni tibb mərkəzində xəstəxanaya yerləşdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...