Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SA-ya verilən xəbərə görə, Azərbaycanda keçiriləcək Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai yerlərdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 19-dan 28-dək gücləndirilmiş iş rejiminə çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB