Samuxun Əlibayramlı kəndinə mavi yanacaq verilib - FOTO

Samuxun Əlibayramlı kəndinə mavi yanacaq verilib - FOTO

Novruz bayramı ərəfəsində Samux rayonunun Əlibayramlı kəndi tam qazlaşdırılıb. Artıq 20 ilə yaxın idi ki, kəndin bir hissəsi mavi yanacaqdan əziyyət çəkirdi. Mənzillərini odunla isidən əlibayramlılara bayram hədiyyəsi olaraq mavi yanacaq verilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev sakinləri təbrik edib. Bildirilib ki, dövlət proqramı çərçivəsində Samuxda 28 kənd tamamilə qazlaşıb. Əlibayramlı kəndinə mavi yanacaq Ağasbəyli Qaz Paylayıcı Stansiyasından götürülüb.

Kəndə mavi yanacağın nəqli üçün təxminən 7 min km uzunluğunda qaz xətti çəkilib. Qaz xəttinin çəkilməsi ilə 200-dən artıq kənd sakini artıq mavi yanacaqdan istifadə edə biləcək.

Bildirək ki, Əlibayramlı kəndinin bir hissəsində əsasən Qırğızıstanın Oş vilayətindən məcburi köçkün düşən ailələr yaşayır. Hazırda dövlət proqramına uyğun olaraq Samux rayonunun daha 8 kəndinin mavi yanacaqla təmin edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə