Rusiya və Belarus 9 milyard dollarlıq nüvə razılaşması imzaladı

Rusiya və Belarus 9 milyard dollarlıq nüvə razılaşması imzaladı

Yaponiyada rixter cədvəli üzrə 8,9 ballıq zəlzələdən sonra nüvə təhlükəsinin artdığı bir vaxtda Rusiya Belarusda iki nüvə stansiyası tikmək haqqını əldə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, razılaşmanın dəyəri 9 milyard dollardır.

 

Nüvə stansiyaları Latviya sərhədinə yaxın ərazidə olacaq və inşaat işlərinin 2018-ci ildə tamamlanması nəzərdə tutulur. Razılaşma Minskdə Rusiya baş naziri Vladimir Putinin iştirakı ilə Rusiya-Belarus Dərnəyində imzalanıb. Qrodna bölgəsindəki inşaat işləri bu ilin sonlarında başlayacaq.

 

Belarusun qərbindəki Astravets şəhərində isə bir qrup insan razılaşmaya etiraz edib. Onlar Yaponiyadakı nüvə böhranını əsas gətirərək razılaşmanın ləğv edilməsini istəyiblər. Belaruslu enerji eksperti Valyantsin Matskeviç isə 1909-cu ildə 7 ballıq zəlzələnin baş verdiyi Qrodna bölgəsində nüvə stansiyasının tikilməsinin bir cinayət xarakteri daşıdığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə