Naftalan şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ümummilli Lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Naftalanda ümumşəhər tədbiri keçirilib. Tədbir iştirakçıları, öncə, Dahi Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra şəhərin Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar. Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında "Həmişəyaşar Dahi" adlı kompozisiya nümayiş etdirilib. Anım tədbiri çərçivəsində Ulu Öndərin əziz xatirəsinə şəhid ailələri və aztəminatlı ailələr üçün ehsan süfrəsi açılıb.
Tədbirdə Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Liderin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Dahi Şəxsiyyətin ideyaları və siyasi kursunun həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışıb.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövlətçiliyi tarixində misilsiz xidmətlərindən danışıblar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə