Paşinyan danışıqları Petrosyanın formatına qaytarmaq istəyir

Paşinyan danışıqları Petrosyanın formatına qaytarmaq istəyir

Paşinyan Qarabağ nizamlanması üzrə danışıqları Levon Ter-Petrosyan dövründə olduğu formata qaytarmaq istəyir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “168 Jam” qəzeti yazır.

Qəzet yazır ki, “Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan öz müsahibəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Ermənistan hakimiyyətinin yürütdüyü siyasətə toxunub.

"İndiyə qədər erməni tərəfi, məxməri inqilabdan sonra Paşinyanın dövründə demək olar ki, əsaslı müzakirələrə girməyib və bunun üçün müəyyən səbəblər var idi. Bu səbəblər Nikol Paşinyanın miras qoyduğu danışıqlar formatının uyğun gəlməməsi ilə əlaqədardır. Ermənistanın baş naziri Levon Ter-Petrosyan dövründə formalaşan formata qayıtmaq istəyir”, deyə Levon Zurabyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə