“Mənim addımım” partiyası üç saatlıq yığıncaqda nələri müzakirə edib
Dünən gecə Mülki Müqavilə partiyasının mərkəzi ofisində "Mənim addımım" parlament partiyasının iclası keçirilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır.
Qəzet yazır ki, yığıncaq təxminən üç saat davam edib, lakin bütün deputatlar sona qədər qalmayıblar. Hətta qeyd olunur ki, bu yığıncaqda əvvəldən də iştirak etməyənlər çox olub.
Nəşrin yazdığına görə, dünənki iclasın əsas mövzusu parlamentin bugünkü növbədənkənar iclası olub və deputatlar gündəlikdəki əsas məsələləri müzakirə ediblər, həmçinin səsvermə mövqelərini aydınlaşdırıblar. Dünən Konstitusiya Məhkəməsi hakimlərinin vaxtından əvvəl istefaya göndərilməsi ilə bağlı qanun layihəsində səsvermə mövzusuna da toxunulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB