Siyavuş Novruzov İqbal Ağazadəni ittiham etdi

Siyavuş Novruzov İqbal Ağazadəni ittiham etdi

"Siyasi fəaliyyət ilə məşğul olduğu dövrdə partiyasının maliyyə vəsaiti barədə hesabat verməyən adam indi hökümətdən hesabat istəyir. Hər gün hansısa rayonda yeni obyektlər açılır. Bunu görmək üçün kağızdan oxumaq və ya rəqəmə baxmaq lazım deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu günkü iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ümid Partiyasının sədri İqbal Ağazadənin hökümətin hesabatı ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib: "Amerika səfirliyinin nəsə tikməsi sizə cuşa gətirib. Amma Azərbaycan höküməti tərəfindən görülən işlərin heç biri gözə çarpmır. Əhalinin əmək haqqı vaxtında verilir və getdikcə artır. Deyəsən, bəzi insanların yaddaşı xarab olur. Gərək, bu sözləri mütəmadi deyəsən ki, onların yaddaşı yenidən geri qayıtsın".

Millət vəkili eyni zamanda tələbə və gənclərin nümayişlərə cəlb edilməsi məsələsinə də münasibət bildirib: "2003-cü ildə tələbələri çağırdınız nümayişlərə. Başına nə açdınız o gənclərin? Özünüz çəkildiniz qırağa, uşaqların qanı töküldü. Bu qanın hesabatını kim verəcək. Dərs vaxtı tələbə dərsdə olmalı, təhsil almalıdır. Siyasi sferaya salıb onları məkirli siyasətinizə alət etməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə