“Müxalifətin seçkilərdə uğur qazanması mümkün deyil” RƏY - ÖZƏL

"Parlament seçkiləri ilə bağlı “Milli Şura” və AXCP-nin “boykot”a çağırış etməsi yalınış bir yoldur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, adları çəkilən bu qüvvələr ölkədə nə isə bir seçki keçirilən kimi başlayırlar anormal mövqe sərgiləməyə: "Yaxşı olardı ki, sözügedən dağıdıcı müxalif qüvvələr bu cür anormal hərəkətlərə yol verməsinlər. Demək olar ki, ölkədə bu günə qədər keçirilən bütün seçkiləri uduza-uduza gəliblər. Onların seçkilərdə uğursuzluğa düçar olmalarının başlıca səbəbi xalq tərəfindən dəstəklənməmələrilə bağlıdır. Bir sözlə, bu gün adları çəkilən bu qüvvələrin xalq, cəmiyyət tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da müxalifətin ölkədə keçirilən hər hansı bir seçkilərdə uğur qazanması mümkün deyil".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə