“Radikal müxalifət xalqdan ayrı düşüb” RƏY - ÖZƏL

"Fevralın 9-da keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyasına və qanunlarına tamamilə uyğundur". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu gün ölkədə Cənab Prezident çox böyük islahatlara start verib: "Bu islahatların artıq iqtisadi səmərəsini, faydasını cəmiyyətin hər bir üzvi görməkdə, hiss etməkdədir və bu islahatlar davam edir. Bu islahatlar hakimiyyətin bütün qanadlarını əhatə edir və o cümlədən də qanunvericilik hakimiyyəti olan Milli Məclisin fəaliyyətini də özündə ehtiva edir. Ona görə də, burda qeyri-adi heç nə yoxdur. Lakin bunun müxalifət düşərgəsini təmsil edən şəxslərin narazılıqla qarşılaması və etiraz bildirməsi onların xalqdan ayrı düşdüklərinin göstəricisidir. Yəni müxalifətin radikal hissəsi həmişə böhtanlarla məşğul olub və olur. Hər zaman olduğu kimi indidə parlamentin fəaliyyətinə qarayaxma kampaniyası aparırlar. Ümumiyyətlə, növbədənkənar seçkilərin keçirilməsini tələb edən kimlər idi, elə radikal müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri idi, sözügedən qüvvələrə sual vermək lazımdır ki, bu da meydan, yeni parlament seçkiləri keçirilir və əgər gücünüz varsa seçkiyə qatılıb, gücünüzü göstərin. Əgər onlar bu seçkilərə qatılmırsa deməli onların məqsədi bu seçkilərə qatılmaq deyil sadəcə olaraq başqa fəaliyyətləri olmadığı üçün anormal mövqe nümayiş etdirilər. Əgər müxalifət güclü olsaydı və seçkilərə hazır olsaydı onda bu məsələlərə narazılıq etməzdirlər. Ümumiyyətlə, onların bu seçkilərə qatılmaması qabaqcadan öz məğlubiyyətlərini görürlər. Yəni radikal müxalifət düşərgəsini təmsil edən şəxslər çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur və bu seçkilərdə də uğur qazanmaq şansları da sıfıra bərabərdir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə