Azərbaycan sərhədçiləri tərəfindən cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində axtarışda olan 982 nəfəri dövlət sərhədindən keçərkən saxlanılıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatında bildirilir. Hesabat dövründə həmçinin xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 9 nəfər şəxs barədə müvafiq tədbirlər görülüb. Qanunsuz miqrasiya ilə məşğul olan 3 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
DSX Sahil Mühafizəsi tərəfindən il ərzində Azərbaycana məxsus 38, Rusiyaya məxsus 7 gəmiyə, Azərbaycana məxsus 236 kiçik həcmli motorlu qayığa baxış keçirilib. Onlardan Azərbaycana məxsus 7 gəmi, Rusiyaya məxsus 3 gəmi, 160 qayıq və 5 halda penaplast üzərində 5 sənədsiz Azərbaycan vətəndaşı aşkar olunub, sərhəd rejimini pozduqlarına görə saxlanılıb. DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən 85 şəxs barəsində 59 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB