Ötən il Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 hərbi qulluqçu barəsində cinayət işi başlanıb
Ötən il Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 hərbi qulluqçu barəsində cinayət işi başlanıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatında bildirilir. Hesabatın dövlət təhlükəsizliyi bölümündə qeyd olunub ki, Azərbaycana, o cümlədən onun Silahlı Qüvvələrinə qarşı xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-təxribat və digər pozuculuq fəaliyyətinə qarşı mübarizə işi istiqamətində keçirilən əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 nəfər hərbi qulluqçu barəsində Cinayət Məcəlləsinin "Dövlətə xəyanət" maddəsi ilə cinayət işi başlanıb. Onlardan 4-ü məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib, 6 nəfər barəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Ötən il Azərbaycanda qanunsuz dövriyyədən 364 min manat saxta əskinas çıxarılıb. Hesabatda qeyd olunur ki, iqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı davamlı şəkildə aparılan mübarizə nəticəsində saxta pul və qiymətli kağızlar hazırlama və ya satma cinayətləri ilə əlaqədar 32 fakt üzrə 30 nəfər müəyyən edilib. Qanunsuz dövriyyədən ümumi məbləği 364 min manat təşkil edən 4637 ədəd saxta əskinas çıxarılıb. Dövriyyədən çıxarılan saxta əskinaslardan 2361 ədədi manat, 2251 ədədi ABŞ dolları, 3 ədədi avro, 22 ədədi isə rus rublu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB