"Parlamentin məsuliyyəti daha çox YAP-ın üzərinə düşür" ÖZƏL-MÜNASİBƏT

"Yeni Azərbaycan Partiyası Azərbaycanda ən böyük partiyadır və ən böyük parlament fraksiyasına malikdir". Bunu SİA-ya Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

YAP bütövlükdə ölkədə islahatların həyata keçirilməsinə həm də ən çox məsuliyyəti olan bir partiyadır. YAP Siyasi Şurası öz Sədri, Prezidenti qarşısında məsuliyyətini daha yaxşı anladı və mövcud situasiyada dəyişikliklərin və islahatların dərinləşməsinə yeni formatda dəstək verməsini zəruri hesab etdi. Bunun da ən mühüm məsələlərindən biri bildiyiniz kimi qanunverici hakimiyyətdə YAP böyük deputat sayı ilə təmsil olunur. Partiyanın 70-dən artıq deputatı var. Qanunverici orqan bu proseslərdə yetərincə geniş miqyasda fəaliyyət göstərə bilmir. Bu çox məsuliyyətli bir məsələ idi, həm də ölkədə o məsuliyyəti başa düşərək qəbul edilən bir qərardır. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında mühüm dəyişikliklər baş verdi. Eyni zamanda seçki ilə bağlı məsələlərdə də çox əhəmiyyətli dəyişikliklər oldu. Bu dəyişikliklərdən bir qədər sonra növbədənkənar prezident seçkiləri oldu. Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi istiqamətində hakimiyyətin başqa bir qolunda əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Belə olan halda parlament bundan kənarda qala bilməz. Parlamentin məsuliyyəti də daha çox YAP-ın üzərinə düşür. Ona görə də YAP Siyasi Şurası belə bir təşəbbüslə çıxış etdi. Bu addımlar islahatların dərinləşdirilməsinə və ölkədə dəyişikliklərin bütöv hakimiyyət budaqlarını əhatə etməsinə yeni bir avantaj olacaqdır. Bu baxımdan biz gələcəkdə yenilənmiş parlamentin şahidi olacayıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə