"Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir" Komitə sədri

"Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir". SİA-nın verdiyi məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov vurğulayıb ki, bunlar üçün "Ermənistan dövləti" anlayışı yoxdur: “Bunlar bilirlər ki, heç zaman ora getməyəcəklər. Onların sırf korporativ maraqları var. Burada bir oyun var. Onlar diaspora vasitəsilə bizneslərini genişləndirmək, siyasi maraqlarını həyata keçirmək istəyirlər”.

Komitə sədrinin sözlərinə görə, erməni təxribatları ilə bağlı Azərbaycan diasporasına tapşırıq verilib: “Xaricdə yaşayan diasporamıza tapşırıq verilib ki, mədəniyyətimizlə bağlı ermənilər hər hansı bir təxribat törədəcəklərsə, 10 qat cavabını alacaqlar. Lüksemburqda "Qarabağ" futbol komandamızın oyunu zamanı ermənilər təxribat törətməyə cəhd etdi və layiqli cavabını aldı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...