Paşinyanın qorxusu artır

Nikol Paşinyan təhlükədədir və baş nazirin təhlükəsizlik xidməti günü-gündən böyüyür. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik “Joxovurd” qəzeti yazır.
Qəzet yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Erməni Apostol Kilsəsində erməni icmasının nümayəndələri arasında 21 noyabrda Milandakı Qırx Səkkizinci Monastırındakı görüşü qalmaqallı hadisə ilə yadda qalıb. Beləki, azərbaycanlı video blogger Ata Abdullayevin kilsəyə girib Ermənistanın baş naziri Nikol Paşinyana suallar verməsi, hərçənd özünü belə göstərməsə də onu bərk qorxudub.

Bununla əlaqədar, gündəlik “Joxovurd” qəzeti Ermənistan Respublikası Baş Naziri Nikol Paşinyanın təhlükəsizliyinin təmin edilməsi sualı ilə Milli Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qevorq Movsisyan ilə əlaqə saxlayıb. Xüsusən baş nazirin təhlükəsizlik xidmətlərinin demək olar ki, saylarının gündən-günə niyə artdığını soruşub. Baş nazir üçün hər hansı bir təhlükənin olub-olmadığı və yaxın vaxtlarda Ermənistanın yüksək vəzifəli şəxsləri, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyanla bu cür hadisələrin təkrarlanmayacağına zəmanət barədə də sual verilib. Milli Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Q.Movsisyan gündəlik qəzet “Joxovurd”-a açıqlamasında, narahatlıq və şübhə üçün heç bir səbəb olmadığını söyləsə də mühafizəkarların arması baş nazirinqorxuya düşdüyündən xəbər verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə