Ermənistanda yenə də etiraz aksiyaları baş qaldırıb

Ermənistanda yenə də etiraz aksiyaları baş qaldırıb

"Daşnaksütyun" Gənclər Birliyinin nümayəndələri polis kordonundan keçərək nazirlik binasına girməyə çalışırlar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Daşnaksütyun" Gənclər Birliyinin nümayəndələri Təhsil, Elm, Mədəniyyət və İdman naziri ilə görüşmək fürsəti əldə etmədiyindən Araik Arutyunyanı müstəqil görüşməyə çağırıblar.

Gənclər polis kordonunu sındıraraq nazirlik binasına girməyə çalışırlar. Artıq nazirlik binasının qarşısında gərgin vəziyyət yaranıb. Ermənistanda yenə də etiraz aksiyaları baş qaldırıb.

Xatırladaq ki, bu gün əvvəl “Daşnaksutyun” Gənclər Birliyinin nümayəndələri nazir Araik Harutyunyanla görüş tələb edərək Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası önünə toplaşmışdılar.
Nümayişçilər bildiriblər ki, onlarla görüşmək üçün nazirə yarım saat vaxt veriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə