Azərbaycanla Türkiyə arasında yeni sənəd təsdiq olunub

Azərbaycanla Türkiyə arasında yeni sənəd təsdiq olunub

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, müzakirələrdə bildirilib ki, sənədin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə