Sabah Bakı şəhərində möhtəşəm bayram tədbirlərinə start veriləcək, atəşfəşanlıq olacaq - FOTO

Sabah Bakı şəhərində möhtəşəm bayram tədbirlərinə start veriləcək, atəşfəşanlıq olacaq - FOTO

Xalqımızın milli adət-ənənəsinə uyğun olaraq, baharın gəlişi Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti xalqımızı təbrik edir və bayram şənliyinə dəvət edir.

Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə,  martın 15-də saat 12.00-da Azneft meydanından dəvə karvanı ilə hərəkət edərək Suraxanı rayonundakı Atəşgah məbədindən od götürən milli geyimli oğlan və qızlar musiqi sədaları altında, Novruz personajlarının iştirakı ilə gətirilən odla saat 19.00-da Qız qalasının üstündəki məşəli alovlandıracaqlar. İlaxır çərşənbə münasibətilə Qız qalasının qarşısındakı meydanda incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını konsertə və atəşfəşanlığa dəvət edir.

Bayramınız mübarək olsun!



Bütün xəbərlər Facebook səhifəmizdə