"Yeni Azərbaycan Partiyası çox mühüm və cəsarətli bir addım atdı". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib.
Deputatın sözlərinə görə, ölkədə başlayan və çox uğurla gedən islahatlara daha yaxından dəstək vermək, bu islahatların daha fəal bir iştirakçısına çevrilmək üçün özünün qərarını elan etdi: "Yəni hakim partiya belə hesab etdi ki, Milli Məclisə növbədənkənar seçkilər keçirilsin, yenidən xalqdan mandat alınsın və bu islahatlar kursuna yeni qanunverici hakimiyyət, qol kimi öz nəfəsini versin. YAP çox nəhəng bir partiyadır. Milli Məclisdə YAP-dan seçilmiş deputatlar hamısı partiyanın bu qərarını anlayışlı qarşıladılar. Beləliklə də Milli Məclis növbəti iclasını keçirərək və Prezidentə müraciət etməyi və növbədənkənar parlament seçkilərinə getmək üçün onun müvafiq qərar qəbul etməsini xahiş etdi.
Bu gün ölkədə çox güclü islahatlar gedir. Bunun bəhrəsini bütün Azərbaycan xalqı görür. Azərbaycanın dünyada mövqeyi möhkəmlənir və sürətlə dünyaya inteqrasiya olunur. Eləcə də xalqın rifahı yüksəlir və yaxşılaşır. Hamı görür ki, bu islahatlar son nəticədə müstəqil Azərbaycanın güclənməsinə, qüdrətlənməsinə və xalqın daha firavan yaşamasına xidmət edir. Təbii ki, bu halda hər bir insan islahatlara dəstək verməlidir. Artıq Nazirlər Kabinetində, Prezident Administrasiyasında da müəyyən islahatlar aparıldı. Hakimiyyətin üçüncü qolu olan parlamentdə də bu islahatların getməsi artıq zamanın bir tələbi idi. Çox xoş olan bir haldır ki, YAP-ın bu təşəbbüsü parlamentdə müstəqil deputatlar tərəfindən də hətta orada konstruktiv müxalifət partiyalarından olan namizədlər tərəfindən də dəstəkləndi. Yəni əslində bütün parlament buna dəstək verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB