“Növbəti seçkilərdə müxalifət üçün uğursuz olacaq” RƏY-ÖZƏL

"Müxalifət tükənib və xalq dəstəyindən tamamilə məhrum olub". Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və idarəetmə sahəsində islahatlar aparılır: "Yeni Azərbaycan Partiyası islahatların davamı olaraq parlamentə növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edib və artıq Milli Məclis bu təşəbbüsü dəstəkləyən qərar qəbul edib. Əminliklə demək olar ki, YAP çox demokratik bir qərar qəbul edib, tam hüquqi bir qərardır. Müxalifət düşərgəsini təmsil edən şəxslərin dedikləri boş söhbətdir. Ümumiyyətlə, partiyanın işi həmişə seçkiyə hazır olmaqdır, siyasi partiyanın ayrı nə işi var ki? Siyasi partiyalar istənilən seçkinin bitən günün səhərisi digər seçkiyə hazırlaşmalıdır. Amma müxalifət təmsilçiləri çox gözəl bilirlər ki, onların sosial bazaları yoxdur. Ona görə də, anormal çıxışlar edirlər. Bu cür hərəkətlərini də heç bir əsası yoxdur. Müxalifət bu günə qədər ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlib və bundan sonra da nə isə bir uğur qazanmaq şansları sıfıra bərabərdir. Növbəti seçkilərdə müxalifət üçün uğursuz olacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə