“İslahatlar xalqın maraqlarına tam cavab verir” RƏY-ÖZƏL

"Parlament də çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının təklifi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycanın qanunvericiliyinin tələblərinə tam uyğundur". Bunu SİA-ya açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Komitə sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, dekabrın 2-də Milli Məclis Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətini müzakirə edib: "Müzakirələrdən sonra Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması haqqında Azərbaycan Prezidentinə müraciət qəbul edib. Bu qərarın verilməsi müsbət bir haldır. Qanunvericilik orqanında belə islahatların həyata keçirilməsi təbiidir. Çünki, 2018-ci ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni islahatlar həyata keçirilməyə başlanıb. Bu islahatlar xalqın maraq və mənafeyinə tam cavab verir. Xalq Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüsləri, ideya və təklifləri hər zaman dəstəkləyib. Bu insanların xalqın partiyasının ideoloji-siyasi xəttinə inanmı ilə bağlıdır. Bu cəmiyyətin Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin çox böyük uğurla davam etdirdiyi yolu dəstəkləməsindən irəli gəlir. Xalqdan güc alan Yeni Azərbaycan Partiyası hüquqi-demokratik prinsiplərə öz sədaqətini nümayiş etdirib. 1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilərdə YAP-ın xalqın dəstəyini qazanaraq qələbəsini təmin etməsi deyilənlərə misal ola bilər. Bütün seçkilərə konkret proqramla qatılan YAP qarşıya qoyduğu məqsədləri açıqlayır, ölkə ictimaiyyətini bu vəzifələri uğurla həyata keçirmək üçün birliyə, həmrəyliyə çağırır. Söz yox ki, növbədənkənar parlament seçkilərində də, YAP ənənəsinə uyğun olaraq konkret proqramla gedəcək. Həm də, Azərbaycanın daha da güclənməsinə, inkişaf etməsinə ciddi səylər göstərən YAP seçkilərdə böyük fəallıq nümayiş etdirməklə yanaşı, seçki marafonuna qatıldığı şüarla bir daha tutduğu yola, xəttə sadiq olduğunu nümayiş etdirir. Seçkilərdə qazandığı uğurlar YAP-ın qələbələr partiyası olduğunu təsdiqləyir. Söz yox ki, növbədənkənar parlament seçkilərində də, YAP ənənəsinə uyğun olaraq konkret proqramla gedəcək. Bu baxımdan əminliklə deyə bilərəm ki hər zaman olduğu kimi, qədirbilən Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının proqramına, onun irəli sürdüyü namizədlərə öz dəstəyini göstərəcək. Müxalifət düşərgəsini təmsil edən şəxslərin parlamentin buraxılması barədə qərara qeyri-adekvat münasibət bildirmələri onların milli maraqlardan uzaq düşdüklərini göstərir. Eyni zamanda hay-küyləri ilə müəyyən sifarişlər aldıqlarını göstərirlər. Onlar hər bir şeyə qarayaxmaq, özlərinin dayaz düşüncələrindən münasibət sərgiləməyə adət ediblər. Ancaq onların bu cür şər-böhtan xarakterli fikirlər səsləndirmələrinin heç bir əsası yoxdur. Xalq ağı qaradan ayırmağı bacarır və nəyin pis, nəyin daha yaxşı olduğunu bilir. Bu baxımdan müxalifətin nə deməsinin cəmiyyət və xalq üçün heç bir əhəmiyyəti yoxdur. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafını, quruculuq və abadlıq işlərini, demokratik, hüquqi islahatlarını davam etdirir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə