Artur Vanetsyan partiyasını "Şərəfim var" adlandıracaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet yazır ki, Milli Təhlükəsizlik Xidməti direktorunun istefasından sonra, Ermənistan Futbol Federasiyasının prezidenti vəzifəsindən gedəndən sonra Artur Vanetsyanın siyasi fəaliyyəti barədə erməni mətbuatında müxtəlif məlumatlar yer alır. “Past” qəzeti bu mövzuda diqqətəlayiq detalları öyrənib.
Qəzetin etibarlı mənbələrinə görə, Vanesyan yaxın gələcəkdə həqiqətən yeni bir partiyanın yaradılacağını elan edəcək. Partiyanın adı da maraqlıdır ”deyə qəzet qeyd edir.
Nəşrin məlumatına görə, partiya "Şərəfim var" adlanacaq.
Qəzet mənbələrinin verdiyi məlumata görə, hazırda partiyanın “nüvəsini” formalaşdırmaq istiqamətində fəal işlər görülür.
Nəzərə alsaq ki, Vanesyan Zabit şərəfi ifadəsini işlədərək istefa verib, deməli, yaratmaqda olduğu partiyasını əbəs yerə "Şərəfim var" adlandırmır. Göründüyü kimi, şərəf ifadəsini dəfələrlə işlədən və bu dəfə də bəyan edən Artur Vanesyan Paşinyana şərəf dərsi keçmək qərarına gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB