Müsavat Partiyasının keçirmək istədiyi icazəsiz mitinq uğursuzluğa düçar oldu
Bu gün Müsavat Partiyası Fəvvarələr meydanında icazəsiz kütləvi aksiya keçirməyə cəhd göstərib. SİA-nın məlumatına görə, icazəsiz aksiyanın qarşısı hüquq-mühafisə orqanları tərəfindən alınıb.
Aksiyada iştirakçılarından bir neçə nəfər saxlanılıb. Aksiyaçılar təxminən 40 dəqiqə Fəvvarələr meydanında haray-həşir qopardıqdan, xarici fotomüxbirlərin ifasında şəkil çəkdirdikdən sonra şəhərin müxtəlif yerlərinə dağılışaraq aksiyanı davam etdirməyə cəhd ediblər. Bir qrup etirazçı isə dənizkənarı parkda aksiyanı davam etdirməyə çalışıb. Bir neçə saqqallı şəxs "Allahu əkbər" nidaları səsləndirərək iştirakçıları aksiyanı davam etdirməyə səsləyiblər. Lakin bu cəhdlərin də qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb.
Qeyd edək ki, saxlanılanlar arasında Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Patiyası başqanının müavini Tofiq Yaqublu, başqanın müşaviri Dünyaxanım Vahabova, partiyanın Səbail rayon təşkilatının sədri Hüseyn Məlik, Müsavat Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü də olub.
Fəvvarələr meydanında keçmiş millət vəkili Pənah Hüseyn və Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəylinin gəzintisi də diqqət çəkib. Onu da qeyd edək ki, aksiyanın keçirildiyi məkan daha çox şəhər sakinlərinin mədəni istirahət yeri olduğundan mitinqlərin keçirilməsinə cəhd daha çox sakinlərin narazılığı ilə qarşılanıb. Şənbə günü olduğundan şəhərin bu hissəsi adətən insanlarla dolu olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB