Lavrovun Azərbaycan səfəri nə vəd edir? RƏY-ÖZƏL

Lavrovun Azərbaycan səfəri nə vəd edir? RƏY-ÖZƏL

"Rusiya Federasiyası kimi böyük dövlətin əsas diplomatının Azərbaycana səfəri əhəmiyyətli hadisədir. Bu səfəri həm regional və qlobal proseslərin Azərbaycana aid məsələlərin müzakirəsi baxımından, xüsusilə, Dağlıq Qarabağ məsələsi ilə bağlı olduğunu ehtimal etmək olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Politoloq bildirib ki, Cənubi Qafqaz və ümumilikdə keçmiş sovetlər birliyinə daxil olan məkan həlledici bir dövrə qədəm qoyur: "Burada iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi və siyasi xəttin uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir".

N.Məmmədova vurğulayıb ki, Lavrovun səfəri çərçivəsində Rusiya və Azərbaycan xarici siyasət idarələrinin 2020-ci ilə dair məsləhətləşmə planını imzalanması gözlənilir: "Onu da qeyd edək ki, bundan qısa bir müddət əvvəl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiya və Azərbaycanın Təhlükəsizlik Şuraları arasında 2020-2021-ci illər əməkdaşlıq planına dair razılaşma imzalanmışdı. Bu, qarşıdakı mürəkkəb dövrdə Azərbaycan və Rusiya arasındakı Təhlükəsizlik Şuralarının səlahiyyətlərinə daxil olan məsələlərdə ümumi yanaşmanın, əlaqələndirilmiş fəaliyyətin təminatçısıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə