İrəvan hava limanı Moskvadan gələn iki reys qəbul edə bilməyib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, cümə günü Ermənistanda güclü duman səbəbindən İrəvandakı "Zvartnos" beynəlxalq hava limanının işi dayandırılıb.
Məlumatda qeyd olunur ki, nəticədə, hava limanı Moskvadan gələn iki reys də daxil olmaqla bir neçə reysi qəbul edə bilməyib.
Ermənistan Mülki Aviasiya Komitəsindən İnterfaks-a verilən məlumata görə, Moskva-İrəvan reysinin iki təyyarəsi Həştərxan və Soçiyə eniş etmək məcburiyyətində qalıb.
Duman səbəbiylə Ermənistanın paytaxtından Vyanaya uçuş edilmədiyi və Varşavadan İrəvana uçan təyyarənin Polşanın paytaxtına hava limanına geri döndüyü də qeyd edilib.
Ermənistan Mülki Aviasiya Komitəsi dumanın hələ də davam etdiyini, lakin tədricən dağılmağa başladığını qeyd etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB