Azərbaycanda yeni seçilən Ombudsman Səbinə Əliyeva bu gün Milli Məclisdə and içib. SİA-nın məlumatına görə, S.Əliyeva andiçmə mərasimində bildirib ki, öz vəzifəsini şərəf və ləyqaətlə yerinə yetirəcək: “Əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüququalrının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəkləmnməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.
O qeyd edib ki, bu baxımdan vətəndaşların, habelə əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin, və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilinin işinin priorotet istiqaməti olaraq qalmaqdadır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüququ və azadlılarının bərpası bu işin ühüm tərkib hissələrindəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB