Yeni Ombudsman seçildi

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Qüdrət Həsənquliyev, Azər Badamov, Əli Hüseynli qanun layihəsi haqqında fikirlərini bildiriblər.

Müzakirələrdən sonra Əliyeva Səbinə Yaşar qızı 104 səslə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanın) seçilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə