Ermənistanda növbəti etiraz aksiyaları gözlənilir

Ermənistanda növbəti etiraz aksiyaları gözlənilir

Ermənistanda nifrət atmosferinə qarşı aksiya keçiriləcək. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
Qəzet yazır ki, bir neçə ay əvvəl "Konsolidasiya - Plus Bir" formatında yaradılan hərəkat digər qüvvələri birləşdirməyə və ölkədəki nifrət atmosferinə qarşı yürüş etməyə çağırır. Hərəkatın təşəbbüskarları hələ aksiyanın keçiriləcəyi tarix barədə qərar verməyiblər, çox güman ki, şənbə və ya bazar günləri keçiriləcək, lakin marşrut artıq məlumdur. Yürüş Surb Qriqor Lusavoriç kilsəsinə bitişik ərazidən başlayaraq müqəddəs şəhərə - Etçmiadzindəki Müqəddəs Qayane kilsəsinə çatacaq.
Mərasim zamanı dözümlülük və sevgi atmosferi yaratmaq ehtiyacı üçün çağırışlar ediləcəkdir. Xatırladaq ki, hərəkatın təşəbbüs qrupunun üzvləri Çiçəklənən Ermənistan fraksiyasının keçmiş deputatı Araqas Axoyan, nəqliyyat və rabitə nazirinin keçmiş müavini Artur Arakelyan, konstitusiya hüquq mütəxəssisi Vardan Ayvazyan, Vaan Ovannisyan və Suren Okminyandır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə