Növbəti etiraz aksiyası Ermənistanın hökumət binası qarşısında keçirilir

Növbəti etiraz aksiyası Ermənistanın hökumət binası qarşısında keçirilir

Ermənistanda ölən hərbçilərin anaları hökumət binası qarşısında etiraz aksiyası keçirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Zinvor (Əsgər) ictimai təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryanın rəhbərliyi ilə aksiya davam edir.

Məlumatda qeyd olunur ki, şura sədri "Oğullarımızın ölümündən sonra, problemlərimizi heç kim idarə etmir. Hökümət və hakimiyyət bizə məhəl qoymur", deyə çıxış edib.

Xatırladaq ki, "Zinvor" ictimai təşkilatının koordinasiya şurası ölən hərbi qulluqçuların ailələrinə və əlilliyi olan hərbi qulluqçulara hökumətin müəyyən etdiyi yeni standartlara uyğun olaraq 30 milyon dram məbləğində birdəfəlik yardım göstərməyi təklif edib.

Hökumətdəki müzakirələrdə iştirak etdiyini söyləyən Marqarita Xaçatryan, hətta ölən hərbi qulluqçuların ailələrinə 240 min birdəfəlik pensiya ilə 30 milyon dram verilməsini təklif edib, ancaq müsbət cavab almayıb.

"Mən 30 milyon ödəməkdə israr etmədim. Dedim ki, xalqı pensiyalarla təmin etsinlər ki, insanlar hökumətin heç olmasa bir şəkildə onların tələbinə cavab verdiyini bilsinlər, amma səhv etdim, müsbət cavab almadım", deyə Xaçatryan bildirib.

Marqarita Xaçatryan, həmçinin qeyd edib ki, Maliyyə Nazirliyindən 1 martda şəhid olanların ailələrinə 30 milyon dram məbləğində birdəfəlik kompensasiya verilməsi təmin edildiyi halda niyə bu fürsətdən istifadə edərək ölən hərbçilərin ailələrinə bu təmin edilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə