YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib

YAP Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. SİA-nın məlumatına görə, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini əsas gətirib.

Qeyd edək ki, bu gün saat 14.00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların YAP Siyasi Şurasının tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluğun bu barədə məsələ qaldıracağı gözlənilir.

Əlavə edək ki, Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir və bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə