Tovuz rayonunun Bozalqanlı kəndində beşulduzlu otelin inşası artıq yekunlaşmaq üzrədir. Tovuz rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, artıq otelin tikintisində son tamamlanma işləri aparılır.
Yeni istirahət mərkəzi beşmərtəbəli olacaq. Oteldə 72 nömrə müştərilərin xidmətinə veriləcək ki, bunlardan da 6 otaq VİP nömrələrdir. Oteldə, həmçinin konfrans zalı, restoran, bar və digər xidmət otaqları fəaliyyət göstərəcək.
Bununla yanaşı, üzgüçülük hovuzu, sauna, trinajor, masaj otaqları da müştərilərin istifadəsinə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB